Kontent üçün korporativ üslubu necə yaratmaq olar?
Korporativ üslub nədir?
Bu, kontentinizin qrafik dizaynı üçün bir növ konsepsiyadır: loqo, şrift, çərçivələr, korporativ rənglər və s.
Bu, belə desək, hesablarınızın dizaynıdır.
Düzgün dizayn bir neçə meyara cavab verməlidir:
~ Müasirlik. "İstasize" və ya animasiyadan istifadə etməyin dəbdə olub-olmadığını daima izləyin.
~ Kontentin mövzusuna uyğunluq . Yemək haqqında yazırsınızsa, rənglər və dizayn uyğun olmalıdır.
~ Bütün sosial şəbəkələr eyni üslubda olmalıdır.
Sosial media kontentiniz üçün korporativ üslubun üzərində işləməyin üç əsas səbəbi var:
~ Tez tanınmaq.
Orijinal dizayn istifadəçinin yaddaşında qalacaq və onun üçün lentdə kontentinizə baxmaq daha asan olacaq.
~ Funksional və rahat.
Müxtəlif kateqoriyalar üçün şablonlar ilkin olaraq hazır olduqda, kontentlə işləmək daha sürətli və asan olur.
~ Oğurluğun az olması.
İnternetdə hamı oğurluq edir lakin Korporativ üslubunuzla siz digər insanlar üçün bu fürsəti bir az məhdudlaşdırırsınız.